31 Mayıs 2018 Perşembe

Rizvan İsmail

                                                                
 

   Dini hədisləri, hadisələri və Borçalıda yerləşən Qarapapaqların yaşam fəlsəfəsini, yaşam tərzini, ruhunu və adət-ənənəsini, öz dəsti xətti ilə kətana köçürürən sənətçi, Rizvan İsmail 1969-cu il oktyabırın 24-də, Gürcüstanın Bolnisi rayonu, Zolgüvəc kəndində anadan olub. Borçalı ruhundan qidalanan sənətçi, rəssamlıq məktəbi və  ilahiyyat təhsili aldıqdan sonra, Numerolji sənət janrını yaratmışdır.

                                                            "Az danışan çox qazanar"


      Dini fəlsəfəyə dayanan sənət əsərində,ön plana çıxan ,iki dodaq biri susqun, o birisi isə hərəkətdə olan və iki qulaq  görməkdəyik  Arxa fondakı sonsuzu andıran uzaqlıq və milli xalçaçılıq motivlərindən olan naxışların,  dini hədislərlə sintezinin birləşməsindən yaranan əsərin adı "Az danışan çox qazanar"olaraq adlandırılmışdır.


      Rəsmin mərkəzində, yerləşdirmiş biri susqun və o birisi, fəaliyyət şəklində olan iki dodağın, ilk baxışda sadə dodaq formasının olmasının, əksinə, çox dərin bir fəlsəfi məna daşımaqdadır.




     Rəsmdəki iki qulaq və aşağıdakı fəaliyətdə olan dodağın hərəkəti danışan  adamın, simvolik görnüşü təsvir  edilmişdir. ikinci dodağın tək  və yuxarda səmada olması, az danışmanın çox qiymətli olduğunun göstərcisidi.


19 Mayıs 2018 Cumartesi

Dirəniş

                                                                      
   

   Ümumi mənası ilə təbiətdə var olan gərçək obyektlərin təsviri yerinə, formalar və rənglərin təmsili olan və ya sənətcinin subyektiv hissləri ilə yaradılan əsərə  mücərrəd deyilir, bəzən Nonfigurativ sənət adı ilə də, dəyişməli istifadə olunur.
    Təbiətdə hər kəsə məlum olan görüntülərə bağlı olmayan, bu incəsənət axımı, XX əsrin, rəsm və heykəl anlayışında yeni bir, dünya görüşüdür. Yaradıcı, mücərrəd adladırdığımız sənət əsərində, bizə məlum olan əşya, təbiət və canlıların görnüşlərindən faydalanmayı rədd edib, rəsmdə rəng və xəttləri düzənləyərək, bununla həyacan verici kompozisyalara çatmağı məqsədlər. Mücərrəd, bəzəmə sənətlərindən fərqli olaraq, dekorativ sənət adı altında incələnmir, bunun nədəni, mücərrəd sənət əsəri, sənətcinin sadəcə əsərin özünə yoğunlaşması ilə ortaya çıxmasıdır.



"Dirəniş"
(kətan, yağlı boya) 150X150 


    Sürətli şəkildə tətbiq olunan xəttlər və formalar, boya ilə meydana gətrilmiş tablonun üst bölmündə, daha planlı və ənənəvi yollarla yaradılmış. Burada kətan boyunca bir formadan diyərinə keçərək, fəriqli xəttlərlə və fəriqli bucaqlarda obrazlar işlədilməkdədi. Rəsmdə böyük bir qismi, hörümcəyin torunu örməsi kimi, burada da titizliklə örülmüş, çox mərhələli və sıx toxumalı, iç-içə keçmiş xəttlər, formalar və rənglər işlədilməkdədir.




     Rəsmin aşağı sol tərəfində, mərkəzə yaxın olan, qarmaşıqlığın içində yer alan "Quş" obrazı, rəsmdəki dirənişi təmsil edir.



            Rəsmin üst sağ tərəfində olan  "qanadlar" obrazı rəsmin aşağı bölmündə yerləşən "quş"obrazının davamı olaraq və eyni zamanda rəsmin tarazılığını tamamlayır. 



Rəsmin bu hissəsində olan, perespektiv ənənəvi tərzdə işlədilməsi ümumiyyətlə ətrafında tək üfüq nöqtəsi olan, bir məkan ortaya çıxarır, ancaq burada perespektiv ənənə xaricində, bir ölçüdə işlədilmişdir. Rəsmin aşağı bölməsində görünən, bu boşluq, rəsmin başqa bir yerində təkrar etməz, Kompozisyanın bütünündəki ziddlik, xəttlər və qarmaşıqlığın içində, bu səhnə, sadəcə tək bir layı təmsil ettiyi mənasını daşıyır.



   Rəsimdə, mücərrəd formalar, xəttlər və heyvan fiqurları, daxili enerji formaları ilə, üst-üstə gələrək, bir-birilərini tamamlayırlar. Burada rəsmin tarazılığını və daxili gərginliyini pozmadan "tək xəttin belə çıxarılması, əlavə edilməsi mümkün olmayan" bir üslub gəlişdirilmişdir. Mücərrəd rəsmlər daxili enerjiyi və bilinç altı düşüncə və hissləri, kətana köçürməyə yardımcı olur və eyni zamanda, canlıların daxili enerjilərini, həyat və ya yox edici, qüvvə arasında tam bir tarazılıq olduğunu göstərir.