Qarayazının dəyərli və başarılı şairi, rəssamı, aktyoru, jurnalisti, insanı düşündürən çox maraqlı əsərlərin müəllifi Azər Musaoğlu 1986-cı ildə Qardabanidə anadan olub.
Onu fərqli eden və incəsənəti sevənlərin diqqətini çəkən səbəblər yaratdığı canlı bir ritmə sahib olan bir tərzin olmasıdır. Rəsmlərini incələdiyimiz zaman, təsvir etdiyi əsərlərdə havanın çirikliyinə aid səhnələr, rənglər və formalar sizi rəsmlərin içərisində uzun bir yolculuğa sürükləyir. Rəsmlərə diqqət yetirdikdə, içindəki dərin anlamı çözməyə çalışırsınız.
Çox dərin məna daşıyan əsər günmüzdə oksigen çatışmamazlığından əziyyət çəkən canlıların, hətta qaz maskasından istifadə etməyə qədər gəlib çıxmasından təsirlənən sənətçi özünəməxsus yaradıcılığı ilə insanlara çatdırmaq istədiyi düşüncələrini arxa fondakı qara siluetdə havanı kirlədən və zəhərləyən fabriklərin qara dumanını, insan yaşamı üçün vacib olan ağacların azalmasını bu tabloda açıq aydın göstərmişdir.
Rəsmdəki kompozisiyanın önə çıxan əsas obrazları üçbucaq forması içərisində yerləşdirilmişdir. Rəssam ağacların insanlar üçün yetərsiz olduğunu və havasız qalmış iki insanın həyatda qalmaları üçün qaz maskaları vasitəsi ilə bir-birlərinin nəfəslərindən istifadə etməsini təsvir etmişdir
Rəsmin sağ, sol və mərkəzdəki ağacın budaqlarındakı baltanın təsviri əslində bunu demək istəmişdir: "Balta ağac kəsməzdi, sapı ağac olmasaydı". Atalar sözündəki fəlsəfi deyimdən yola çıxaraq buradakı baltanın sapı ağac olmasaydı balta ağacları kəsə bilməzdi və insanlar da olmasaydı dünyadakı oksigen azalmazdı mənasını daşıyır.
Hiç yorum yok:
Yorum Gönder