12 Haziran 2018 Salı

Konkret və mücərrəd əsərlər

 

   Yer, Ay, Günəş və başqa var olan planetlər qurulmuş olan kainatın bir parçasıdır. Təbiət və bütün canlılar isə, dünyanın bir parçasıdır və hər planetin öz parçaları vardır. İncəsənət əsərləri kainatdan gələn varlığın sənətçi tərəfindən  təkrarlanmasıdır. Konkret və mücərrəd əsərlərin ikisi də kainata  aitdir və hər sənətçi öz xarakterinə uyğun izah edər. Konkret əsərlər cismani, mücərrəd əsərlər isə ruhsal yaradıcılıq nümunələridir. Dünyada  bütün yeni kəşflərin hamısı təbiətdən alınmışdır. Konkret əsərlər hərkəs üçün eynidir, mücərrəd əsərlər isə hər sənətçinin ruhsal durumunu əks etdirir. Bəzi sənətçilər obyekti olduğu kimi təsvir etməyə çalışarkən, digərləri obyektə ruhunu qatmağa çalışır. Bəziləri isə tamamən ruhsal duyğularını  mücərrəd rəsmlərə bağlar. Yaradılan kainat – bütün planetlər, təbiət, sənət, yeni texnologiyalar, yeni kəşflər, hamısı elmə və bizə məlum olmayan kainatdakı gücə dayanır. Bizim etdiklərmizin hamısı o gücdən gəlib ona gedər. Məsələn, balı arı, südü inək yaradır, arını və inəyi bir başqası yaratmışdır, yəni balı, südü və s. canlıları yaradan yaratmışdır və beləliklə də onların hamısı yaradana aitdir. Sənətkarların da yaratdığı əsərlər sənətkara deyil əsil yaradıcıya aitdir. Sənətçi burada vasitə olaraq fırça rolunu oynayır. İki cür təsvir vardır: konkret dediyimiz sənət əsərləri, təbiətdə gördüyümüz  konkret obyektlərin obyektiv təsviri və təbiətdə bulunan və görə bilmədiklərimiz, sadəcə hiss etdiklərimizin mücərrəd təsviri.
                                                                                                                                                                       Planetdə,təbiətdə var olan, insan tarixindən bu yana ruhsal yaddaşlarımıza depolanmış hisslər, ilk insan olayları, keçmişdə qalmış, qorxular, sevinclər, üzüntülər, yaşadığı sıxıntılar və s. hisslərini sənətçi tərəfindən öz ruhunun incəliklərinə enib konentrə olarak içindəki bütün mənbəni, məlum olmayan formaları senzurasız şəkildə tabloya kompozisiya şəklində axtarmağa çalışır. Bu hisslər bütün insalarda var olmaqdadır. Ruhmuza, şüuraltına  dolmuş bu hissləri dışarı atmaq üçün bəziləri rəsm yolu ilə, bəziləri musiqi yolu ilə, bəziləri də döyüş yolu ilə və s. yollarla çıxarmaqdadır.

Hiç yorum yok:

Yorum Gönder